“The Boring Company” şirkətinin qurucusu İlon Mask ABŞ-ın Las-Veqas şəhəri altından salınacaq tunelin eskizini dərc edib. Tunel tıxaclardan yayınmaq üçün nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, İlon Mask eskiz layihəsini özünün “Twitter” səhifəsində paylaşıb, ona “Yaxın zamanlarda olacaq”, – şərhini yazıb.

Yeni tuneldə sərnişinlərin saatda 250 kilometr sürət yığa biləcək TESL elektrokarları ilə daşınması planlaşdırılır.

Qeyd edək ki, doğma Los-Anceles şəhərində tıxaclardan narazı olan İlon Mask hələ 2016-cı ildə “The Boring Company” kompaniyasının əsasını qoyub. Bu ilin mayında kompaniya Las-Veqas şəhərinin altından keçən ikinci tunelin tikintisinə başlayıb. Gələn il bu tuneldə sürətli avtomobil trasının istifadəyə veriləcəyi gözlənilir.