Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 29 min 203 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 484,4 milyon manatdan çoxdur.