190 manat birdəfəlik yardımın vətəndaşlara verilməsi aprel və may ayları üçün idi. Amma yenidən məhdudlaşdırma olarsa, bu məsələyə baxıla bilər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək: “Hələlik, bu barədə heç nə deyə bilmərik”.