Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101979S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 10 investor tərəfindən qiymət 99,4773 manat (6,76%) 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 337,664,700 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 manat (6,76%), orta ölçülmüş qiyməti 99,4773 manat (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 17 iyun 2020-ci ildir.