ABŞ Maliyyə Naziri Stiven Mnuçin ABŞ-da işsizliyin sonrakı aylarda da artacağını bəyan edib.

AZƏRTAC ABŞ Əmək Nazirliyinin bu günlərdə çap olunmuş hesabatına istinadla xəbər verir ki, koronavirusun yayılması ilə bağlı təyin edilmiş məhdudiyyətlər səbəbindən ABŞ-da 20 milyondan çox insan iş yerlərini itirib. 14,7 faiz dərəcəsi həddində olan bu rəqəm Böyük Depressiya dövründən bəri ölkədə işsizlik üzrə qeydə alınmış ən yüksək göstəricidir.

Mnuçin bu göstəricinin rekorddan hələ uzaq olduğunu və işsizliyin bundan sonra da artmaqda davam edəcəyini deyib. Xatırladaq ki, nazirin son bəyanatı onun aprel ayında verdiyi proqnozlardan fərqlənir. O zaman Mnuçin daha nikbin proqnozlar verərək vəziyyətin artıq iyun ayında normallaşa biləcəyini söyləmişdi. Nazirin sözlərinə görə, vəziyyət ilin dördüncü rübündə yaxşılığa doğru dəyişəcək. O, həmçinin bildirib ki, Tramp administrasiyası iqtisadiyyatın stimullaşdırılması, o cümlədən əmək haqqı vergisinin azaldılması üzrə əlavə tədbirlər planını nəzərdən keçirir.