Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “TuranBank” arasında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, “TuranBank” e-arayışlardan faydalanmaqla müştərilərinə daha rahat, şəffaf və çevik xidmət göstərəcək. Bankın baş ofisi, Bakı, Sumqayıt, “Nur” filialları artıq elektron arayışlar üçün yaradılmış sınaq müddətini müvəffəqiyyətlə başa vurub. Beləliklə bu xidmət uğurla istifadəyə verilib.