2020-ci ilin fevral ayının statistikasına əsasən, Azərbaycanda fəaliyyət göstərən bank filiallarının sayı 507 olub.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Cari ilin yanvarında isə bank filiallarının sayı 508 olub. Belə ki, fevralda bank filialı bağlanıb.

Bununla belə, fevral ayında şöbələrin sayı 127 təşkil etmişdir. Bu ilin yanvarında isə şöbələrin sayı 132 olub. Azərbaycanda yanvarla müqayisədə fevralda 5 bank şöbəsi bağlanıb.

ATM-lərin sayı isə son bir ayda 1 ədəd azalmaqla 2658-ə düşüb.

Xatırladaq ki, Azərbaycanda 30 bankdan 28-i özəl, 2-si dövlət bankıdır.