ABŞ Mərkəzi Bankı (Fed), koronavirus epidemiyası ilə əlaqədar ağır zərbə alan iqtisadiyyata dəstək üçün fövqəladə qərar qəbul edib.

 

Marja xəbər verir ki, daha əvvəl 700 milyard dollarlıq xəzinə istiqrazları və təminatlı qiymət kağızlar alışı yolu ilə monetar genişlənmə (dövriyyəyə əlavə pul kütləsi buraxılması) edəcəyini açıqlayan Fed, bu alışların sərhədsiz olacağını açıqlayıb.

 

Fed bu addımla, borclanma xərclərini aşağı saxlamağı və çətin vəziyyətdəki bazarlara kredit axınının canlı qalmasını təmin etməyi hədəfləyir.

“Washington Post”, Fed bu addımı ilə 2008 maliyyə böhranı dövründə atdığı fövqəladə addımlarını geridə qoyub.

 

Həmçinin Fed-in, kredit əldə edə bilməyən kiçik müəssisələrə kredit təmin etmək üçün də bir mexanizm hazırlığı açıqlanıb.

 

Açıqlamada, “Fed, bu çətin dövrdə əhalini, şirkətləri və ABŞ iqtisadiyyatını dəstəkləmək üçün bütün alətlərini istifadə etməyə hazırdır. Açıq ki, iqtisadiyyatımız ciddi bir pisləşmə ilə qarşı-qarşıya qalacaq. İş və gəlir itkisini məhdudlaşdırmaq üçün cəmiyyət və özəl sektorda aqressiv səylər lazımdır” deyilir.

 

Bank,dövlət istiqrazları ilə bərabər özəl sektorun istiqrazlarını da alacağını açıqlayıb.

 

 

Fed bazara verdiyi likvidliyin miqdarını çox yüksək səviyyələrə çatdırsa da, dollara tələb hələ də çox yüksəkdir.

 

Yarannmış böhran maliyyə sistemi və ya birbaşa iqtisadiyyatdan qaynaqlanan bir böhran deyil. Səhiyyə böhranı səbəbilə şirkətlərin fəaliyyətləri dayanıb və gəlir yarada bilmirlər.

 

Ən böyük problem işsizliyin artmasıdır, çünki insanlar işsiz qalsa xərcləməyəcəklər, bu da iqtisadiyyat üçün pis haldır.