Beynəlxalq bazarlarda neft qiymətləri kəskin düşüb, səhmlər güclü ucuzlaşıb, pul vahidləri və istiqrazlarda sərt hərəkətlər görülür.

Marja xəbər verir ki, beynəlxalq bazarlarda neft qiymətlərindəki çox sərt enişin dərhal ardından panika havası hakim olub.

 

Standart & Poor’s 500 (S&P 500) indeksi 5% düşüb və indeks alt sərhədə düşməsinə görə əməliyyatlar dayanıb.

 

Yaponiya birjasında səhmlər 6 ucuzlaşıb və İngiltərədə FTSE 100 indeks 7%-dən çox geriləyib.

 

Pul vahidlərində ucuzlaşmalar baş verib və treyderlər əməliyyat aparmaqda çətinlik çəkirlər.

 

Ölkə istiqrazlarının faizləri yeni aşağı səviyyələrinə enib və ABŞ-ın 10 illik istiqrazının faizində böyük geriləmə görülüb.

 

“Qara bazar ertəsi” olaraq da xarakterizə edilə biləcək həftənin ilk günündə gözə dəyən hərəkətlər:

 

– ABŞ-ın 10 illik istiqrazlarının faizi ilk dəfə 0.5%-dən aşağı, 30 illiklərinin faizi də 1%-dən aşağı düşüb.

 

– Brent nefti 30%-dən çox ucuzlaşıb və 31 dolları görüb. Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlamadır.

 

– Norveç kronu dollar qarşısında 1980-lərdən bu yana ən aşağı səviyyəsinə enib.

 

– Meksika pesosu  7%-dən çox dəyər itirib.

 

– Avstraliya və Yeni Zelandianın 10 illik istiqrazlarının faizləri yeni rekord aşağı səviyyələrə geriləyib.

 

Yapon yeninin qiyməti 2016-dan bu yana ən yüksək səviyyəsinə qalxıb.