ABŞ Prezidenti Donald Tramp, Fed-in koronavirus qarşısındakı hərəkətsizliyinin ABŞ-ı rəqabətdə əlverişsiz mövqeyə sürüdüyünü bildirib.


Marja xəbər verir ki, Donald Tramp, Avstraliya Mərkəzi Bankının faiz qərarına toxunaraq, Fed-in koronavirus mövzusunda bu ana qədərki hərəkətsizliyinin ABŞ-ı rəqabətdə əlverişsiz bir mövqeyə sürüdüyünü və tam əksinə istiqamətdə hərəkət etməsi lazım olduğunu deyib.

 

Tramp, “Fed şərtləri yumuşaltmalı və böyük bir faiz endirimi etməlidir” deyərək, Fed sədri Jerome Powell-i ilk gündən bu yana səhv seçimlər etməklə günahlandırıb.

 

Qeyd edək ki, bu gün Avstraliya Mərkəzi Bankı faizləri aşağı salıb.