Mərkəzi Bank tender elan edir.

FED.az xəbər verir ki, Mərkəzi Bank Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni binası”nın detallı layihələndirmə işləri (o cümlədən tikinti icazəsinin planlaşdırılması) və tikintisi üçün potensial şirkətləri təklif verməyə dəvət edir.

Binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq

Təklifər sorğusunda iştirak etmək istəyənlər sənədləri 6 mart 2020-ci il saat 17:00-dək elektron poçt vasitəsilə təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, AZ1014, R Behbudov küçəsi,90

Telefon: +994 12 493 11 22

E-mail: construction_tender@cbar.az

Faks: +994 12 493 55 41

Kimə: Surxay Həsənov