“Bizim vətəndaşlar bu gün tikilən binalarda mənzillər almaqdan qorxmasınlar. Biz tam əminliklə söyləyə bilərik ki, bu gün tikilən binaların hamısı tikinti normalarına uyğun tikilib, zəlzələyə dayanıqlıdır. Gələcəkdə dayanıqlılıqla bağlı heç bir fəsadlar ola bilməz”.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəis müavini, Əməkdar memar Elxan Əsədov bildirib.

 

E.Əsədov insanların nahaq yerə narahat olduqlarını deyir: “Bildiyimiz kimi, Azərbaycanın bəzi hissələri seysmik ərazilərdir. Mövcud qanunvericiliyə görə, bütün binalarımız rixter cədvəli ilə minumum 8 bala hesablanıb. Bəzi hallarda, əsasən də, Xəzər dənizinə yaxın ərazilərdə geoloji araşdırmaların nəticəsinə görə, 9 bal tələbi də qoyula bilər ki, Azərbaycanda bütün binalar 8 və 9 bala hesablanır”.

 

© Report