AtaBank-ın rəhbərliyinin işdən azad olunduğu rəsmi təsdiq olunub.

 

Marja xəbər verir ki, Bankın saytında “Rəhbərlik” bölməsindən İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları çıxarılıb.

 

AtaBank-ın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin müavinləri Rauf Hüseynov və Kamran Orucəliyev idi.

 

Həmçinin, Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adları yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.