“HSBC Holdings Plc”nin İdarə Heyətinin sədri Noel Quinn, Bankın 3 il ərzində 35 min nəfəri işdən çıxara biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Noel Quinn, işçilərin cəmi sayının 235 mindən 200 minə yaxınlaşdırılacağını qeyd edib.
Söz mövzusu rəqəm bankın işçi qüvvəsinin təxminən 15%-nə bərabər gəlir.
Honq Konq etirazları və koronavirus kimi bir sıra çətinliklə qarşı-qarşıya olan Bank, ayrıca, 4.5 milyard dollarlıq qənaət hədəfləyir.
Baş ofisi Londonda yerləşən HSBC mənfəətinin böyük qisimini Asiyada əldə edir.