Bir vaxtlar Azərbaycanda iri holdinqlərdən biri olmuş “Qarant Holdinq”in “www.garant.az” adlı domeni satılır.

 

“Marja” xəbər verir ki, domenə 10 min manat qiymət qoyulub.

 

“Domen Satılır – 10 000 AZN, Qiymət müzakirə olunmur! Yalnız Almaq istəyən müştərilər əlaqə saxlaya bilər”,- elanda deyilir.

2005-ci ildən 2013-cü ilə qədər şirkət “ZQAN Holdinq” adı altında fəaliyyət göstərmiş, 2013-cü ildən adını dəyişərək “Qarant Holinq”lə əvəzləmiş şirkətlər qrupuna 15-ə yaxın şirkət daxil idi.

 

“Qarant Holdinq” sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus idi.