“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi, qlobal iqtisadi artım tempinin azalması, ticarət gərginliyi və bank əmanətlərinin aşağı olması səbəbi ilə dünya bank sektorunun 2020-ci il üçün proqnozunu “sabit” səviyyəsindən “mənfi” səviyyəsinə endirib.

“ABŞ və Avropada artan tənəzzül riski, Asiya-Sakit Okean regionunda və inkişaf etməkdə olan bazarlarda artımın yavaşlaması ilə yanaşı, kreditlərin keyfiyyətinin pisləşməsinə və xərclərin artmasına səbəb olacaq”, – deyə agentliyin eksperti Simon Ainsworth bildirib.

Agentlik qeyd edir ki, pul-kredit siyasətinin yumşaldılması və bir sıra ölkələrdə mənfi faiz dərəcələrinin tətbiqi bank mənfəətinə təzyiqləri artırır.

Moody’s əlavə olaraq bildirir ki, ABŞ və Çin arasındakı ticarət gərginliyini həm ixrac yönümlü banklar, həm də ticarəti maliyyələşdirən banklar üçün mənfi nəticələrə səbəb olur.

“Ticarətdəki gərginlik Asiya və ABŞ-da bank kreditlərinin keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Mübahisənin daha da geniş vüsət alması maliyyə bazarlarında qiymətlərin əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxara bilər”, – Moody’s qeyd edir.

Bundan əlavə, Avropa Mərkəzi Bankı tərəfindən depozitlər üzrə faiz dərəcəsinin 0,5% qədər azaldılması, Avropanın maliyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Bu haqda “Deutsche Bank” ın rəhbəri Christian Sewing.