“ExxonMobil” neft şirkəti Çinin enerji bazarının inkişafına töhfə vermək üçün bu ölkəyə investisiyalarını artıracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 10 milyard dollarlıq sərmayə ilə “ExxonMobil” tərəfindən maliyyələşdirilən “Huizhou” neft-kimya zavodunun inşasına 2020-ci ilin iyununda başlanılacaq. Layihə üzrə aşağı enerji sərfiyyatı olan materiallardan istifadə prioritet olacaq.