“Morgan Stanley”in ən azı dörd treyderi inkişaf edən ölkə valyutaları ilə bağlı 100 – 140 milyon dollar zərəri gizlədikləri iddiası ilə işdən çıxardığı bildirilir. 


Mövzuya yaxın mənbələrə görə, qlobal maliyyə xidmətləri şirkəti “Morgan Stanley”, ən azı dörd treyderi  100 – 140 milyon dollarlıq zərəri gizlədikləri iddiası ilə işdən çıxarıb.

 

“Marja” xəbər verir ki, mənbələr, “Morgan Stanley”in inkişaf edən ölkə valyutaları üzrə əməliyyatları araşdırdığını qeyd ediblər. Baş ofisi Nyu Yorkda yerləşən bankın sözcüsü Tom Walton mövzu ilə əlaqədar danışmağı rədd edib.