Noyabrın 26-da səhmlərinin növbəti partiyasını Honq Konq birjasında kütləvi tədavülə (IPO) buraxmış Çinin e-ticarət nəhəngi “Alibaba” 2 gündə 10%-ə yaxın dəyər qazanıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, bu, şirkətin 2019-cu il ərzində həyata keçirdiyi 2-ci IPO-dur. Qiymətli kağızların ilkin satış qiyməti 176 Honq Konq dolları (təxminən 22,5 ABŞ dolları) müəyyən edilib.