Bu ilin yanvar-sentyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 119,3 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,7% artaraq 188,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 29% azalaraq 110milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 80% azalaraq 20 milyon manat olub.