Avqust ayı sığorta bazarında 20,8 milyon manat ödəniş edilib.

Ödənişin əsas hissəsi «PAŞA Holdinq»ə daxil olan şirətlərin payına düşür. Aktivliyi ilə yadda qalan şirkətlər arasında «AzərSığorta» Dövlət Şirkəti və «Atasığorta»nı da qeyd etmək olar.

Ötən ay «Naxçıvansığorta» və yeni fəaliyyətə başlayan «Xalq Həyat» ödəniş etməyib. Ödəniş edənlərdə isə ən aşağı göstərici «Bakı Sığorta»ya aiddir – cəmi 5,3 min manat.

Sığortaçının adı Avgustda sığorta ödənişləri

(min manatla)

1 “Paşa Sığorta” ASC 7 348,9
2 “Paşa Həyat Sığorta” ASC 4 167,7
3 AzərSığorta DŞ 1 459,7
4 “Atəşgah”Şirkəti ASC 1 371,9
5 “AtaSığorta” ASC 1 312,7
6 “Xalq Sığorta” ASC 1 304,1
7 “A-QroupŞirkəti” ASC 828,8
8 “Atəşgah Həyat”Şirkəti ASC 500,4
9 “Meqa Sığorta” ASC 406,2
10 “Qala Sığorta” ASC 351,0
11 “AZSIĞORTA” ASC 350,6
12 “Standard Insurance” ASC 345,0
13 “AXA MBASK”Şirkəti ASC 344,1
14 “Qala Həyat”Şirkəti ASC 301,3
15 “Sənaye Sığorta” ASC 176,4
16 “Günay Sığorta” ASC 172,4
17 “Rəvan Sığorta” ASC 70,3
18 “Amrah Sığorta” ASC 15,3
19 “İpək Yolu Sığorta” ASC 9,4
20 “Bakı Sığorta” ASC 5,3
21 “Naxçıvansığorta” ASC 0,0
22 “Xalq Həyat”Şirkəti ASC 0,0
  YEKUN 20 841,6

 

@Fed.az